İŞİD başçısının “Qafqaz əmiri” ləqəbli köməkçisi öldürüldü

  • By admin
  • 17 Aprel 2017 17:00

isid

İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin əsas köməkçilərindən biri Mosul yaxınlığında öldürülüb.

Gununsesi.info xəbər verir ki, İraqın Al Sumaria telekanalının məlumatına görə, “Qafqaz əmiri” ləqəbli Hasibullah əl-Qafqazi Mosulun qərbində yerləşən Tall-Afar rayonundakı evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Sui-qəsddən sonra İŞİD qruplaşması ümumi səfərbərlik elan edib və yaşayış məhəllələrində qatilləri axtarır.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralın 19-da isə İraq ordusu qərbi Mosula hücuma keçib.

Aprel ayının əvvəlində İraqın hökumət qüvvələrinin nümayəndəsi əl-Bağdadinin Mosulda mühasirədə ola biləcəyini deyib.

Gununsesi.info