İŞİD-dən xilas edilən 12 yaşlı uşaq Kanadada ailəsinə qovuşdu - FOTO

  • By admin
  • 18 Avqust 2017 20:01

12

Üç il idi ki, İŞİD terror təşkilatının əsirliyində olan 12 yaşlı Emad Mişko Tamo Kanadada ailəsinə qovuşub.

Gununsesi.info BBC-yə istinadla xəbər verir ki, 2014-cü ildə ailəsindən uzaq düşən uşaq İŞİD terror təşkilatı tərəfindən əsgər kimi yetişdirilmək üçün qaçırılmışdı.

Kanada hökuməti İŞİD terror təşkilatından xilas edilən 1200-ə yaxın qadın və uşağın ölkəyə gətirilməsi üçün çalışır.

Gununsesi.info