İŞİD-in 2 komandiri öldürüldü

  • By admin
  • 07 Sentyabr 2017 23:40

mosul-isid
Koalisiya qüvvələrinin Məyadin qəsəbəsinin Aşara kəndinə təşkil etdiyi hava hücumunda İŞİD terror təşkilatının 2 yüksək rütbəli komandiri öldürülüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, öldürülən terrorçular İŞİD-in silahlar üzrə məsul şəxsi Əbu Ənəs əl-Şami və pilotsuz uçan aparatlardan (PUA) məsul şəxsi Cüneyd Rəhman olduğu açıqlanıb.

Koalisiya qüvvələrinin bölgədə əməliyyatı davam edir. Əsas hədəflərin yüksək rütbəli komandirlər olduğu bildirilib.

Gununsesi.info