İŞİD İraqa hücum edib, ölənlər və xəsarət alanlar var

  • By admin
  • 28 İyun 2020 11:58

İŞİD terrorçuları İraqın Diyala vilayətinə hücum ediblər.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Baghdadtoday” portalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, hadisə Abu Hanazir kəndində qeydə alınıb. Terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücum zamanı azı 4 polis əməkdaşı həlak olub, daha 2 nəfər yaralanıb.

 

 

Gununsesi.org