İŞİD silahlıları Qərbi Mosulda polis polkovnikini əsir götürüblər

  • By admin
  • 20 Mart 2017 22:00

isid

 

Qərbi Mosulda İŞİD silahlıları İraq polisinin polkovnikini əsir götürüblər.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi  İraq daxili işlər nazirliyinin rəsmisinə istinadən məlumat verib.

Adı açıqlanmayan yüksək rütbəli zabitlə birgə 8 polis əməkdaşının da əsir düşdüyü bildirilir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

 

Gununsesi.info