
Bağdad məhkəməsi İŞİD terror qruplaşmasına işləyən hakeri ölüm cəzasına məhkum edib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, o, cinayətlərini bir sıra ərəb ölkələrindən olan şəxslərlə əlbir olaraq törədib.
Qruplaşmanın əsas vəzifəsi “Tvitter” və “Feysbuk” sosial şəbəkələrində İŞİD ideologiyasının yayılması, eləcə də Yaxın Şərq və digər regionlarda haker hücumlarının həyata keçirilməsindən ibarət olub.
Gununsesi.info









