İŞİD terrorçuları İraqda hərbçilərə hücum ediblər

  • By admin
  • 28 Noyabr 2016 21:05

isid

 

İŞİD silahlıları İraqın Samirə şəhərindəki nəzarətburaxılış məntəqəsinə hücum ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Əl-Sumaria” telekanalında yer alıb.

O da bildirilir ki, hücum nəticəsində ölənlər və yaralananlar var. Şəhərə əlavə hərbi qüvvələr göndərilib və komendant saatı təyin edilib.

Qeyd edək ki, Samirə şəhəri Səlah-əd-Din əyalətində yerləşir. Bağdadın 120 kilometr şimalında yerləşən bu şəhərə hökumət qüvvələri nəzarət edir.

Gununsesi.info