İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Türkiyənin dəvəti ilə bu gün növbədənkənar iclası keçirilir. Qəzza mövzusunun müzakirə olunacağı toplantıda xarici işlər naziri Hakan Fidan iştirak edəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Qəzza problemini həll etmək üçün növbədənkənar iclas keçirir.
Ciddədə keçiriləcək toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Türkiyənin çağırdığı toplantıda ” İsrailin Fələstin xalqına qarşı davam edən soyqırımı və İsrailin Qəzzada əməliyyatlarını genişləndirmə qərarı” müzakirə olunacaq.
Orxan











