Kərimovun zamanında anti-Azərbaycan mövqeyinin səbəbi bəlli oldu - "Müxalif mövqedə duran özbəklərə sığınacaq verilmişdi"

  • By admin
  • 05 Sentyabr 2016 11:39
1992_1031_Ankara02
Müsavatın sabiq lideri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər  sosial şəbəkədə İslam Kərimovla bağlı bir xatirəsini paylaşıb.
Gununsesi.info-nun məlumatına görə, Müsavatın sabiq lideri islam Kərimovu anti-azərbaycançı kimi qələmə verib və bu zaman 1992-ci ilin iyulun 6-da MDB-nin sammitində Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana sərgilədiyi mövqeyi fakt kimi göstərib. Özbəkistan prezidenti İslam Kərimovun 1992-93-cü illərdə Azərbaycana sərgilədiyi mövqeyinin səbəblərini araşdırmaq üçün  AXC-Musavat hakimiyyəti dövründə icra hakimiyyəti başçısı  və Prezident Aparatında  şöbə müdiri vəzifəsində çalışmış Sahib Məmmədova müraciət etdik, onunla sabiq Müsavat lideri İsa Qəmbərin İslam Kərimovun Azərbaycanla  bağlı mövqeyinə aydınlıq gətirdik.
Sahib Məmmədov Gununsesi.info-ya açıqlamasında deyib ki,İslam Kərimov AXC hakimiyyətini sevmirdi. “Onun həmin dövrdəki anti-Azərbaycan mövqeyinin səbəbi var idi. AXC hakimiyyəti dövründə Azərbaycan özbək dissidentlərinə və İslam Kərimova müxalif mövqedə duran qüvvələrə sığınacaq vermişdi və onları himayə edirdi. 199-2-93-cü illərdə Ərk (Özbəkstan Demokrat Partiyası) fəallarının bir çoxu Bakıda yerləşdirildi. Yerləşdirmə işini AXC sədrinin müavinlərindən biri koordinasiya edirdi. Bakıda sığınacaq alan bir neçə Özbək müxalifətinin təmsilçiləri Yasamala rayonu ərazisində yerləşdirildi. Onda mən Yasalam rayon İcra Hakimiyyəti başçısı işləyirdim. RİH başçısı olaraq onlara mənzillər mənim göztərişim əsasında ayrıldı. İslam Kərimov da Azərbaycana bir növ mühacirətdə olan özbək müxalifətinin dəstəkçisi kimi baxırdı. Açığı bir az da əsası var idi. O vaxt AXC hökuməti bunu düz edirdi və ya şəhv, bu barədə heç nə deyə bilmərəm. Ancaq İslam Kərimovun 90-cı illərin əvvəlində Azərbaycana mövqeyinin əsas səbəbi bu idi”- deyə S. Məmmədov vurğuladı.
Qeyd edək ki, İsa Qəmər bildirib ki, MDB-nin 1992-ci ildə keçirilən Özbəkistan prezidenti İslam Kərimov söz alaraq Azərbaycanın  hansı əsasla həmin toplanıtda iştirak etdiyini soruşub və  tədbiri tərk etməsini tələb edib.
sahibmemmed
Mürtəza
 
Gununsesi.info