İslandiyada prezident seçkiləri keçirilir - FOTOLAR

  • By admin
  • 25 İyun 2016 20:30

President elections in iceland

 

Bu gün İslandiyada prezident seçkilərinə start verilib. Gununsesi.info “İceland Monitor”-a istinadən xəbər verir ki, bu dəfəki seçkilərinin yekunlarına əsasən, son 20 ildə ilk dəfə bu ölkədə prezident dəyişikliyi olacaq. 245 min seçicinin iştirak edəcəyi səsvermədə ilkin sorğulara görə,  tarixçi Qudni Yohanssonun 45 % səs toplayacağı gözlənilir.

 

Ada ölkəsində prezident seçkiləri tək turda keçirilir. Qalib gəlmək üçün 50 %-lik məhdudiyyət yoxdur. Namizədlər arasında ən çox səsi toplamaq prezident olmağa yetir.

 

Qeyd edək ki, bu ölkənin hazırkı prezidenti 20 ildir İslandiyanı idarə edən 73 yaşlı Olavur Raqnandır.

Arzu Səyyad

president elections in İceland