İsmət Abasov səs verdi

  • By admin
  • 11 Aprel 2018 09:58

Səhər saatlarından başlayaraq artıq əksər dövlət nümayəndələri qeydiyyatda olduqları seçki məntəqələrinə gedərək səs veriblər.

Gununsesi.info xəbər verir ki, Baş nazirin müavini İsmət Abasov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı məntəqəsində hüquqlarından istifadə edib.

Səsvermə prosesindən sonra Gununsesi.info-nun əməkdaşına açıqlama verən İsmət Abasov seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib: “İnsanların iradəsini ifadə etməsi üçün hər cür şərait yaradılıb. Vətəndaşlar sərbəst formada gəlib səslərini verirlər”.

Gununsesi.info