İsmayıllıda 60 yaşlı qadın özünü asıb 

  • By admin
  • 11 Aprel 2017 21:45

intihar

 

İsmayıllı rayonunda intihar hadisəsi olub.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində İsmayıllı şəhərinin ərazisində salınan “Qarabağ” məcburi köçkün qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Vəliyeva Sənubər Mustafa qızı yaşadığı evin həyətindəki hamamda özünü kəndirlə asaraq intihar edib. Qadının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info