İsmayıllıda ağır qəza: 4 nəfər yaralandı

  • By admin
  • 27 İyun 2023 20:36

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun rayonun Talıstan kəndi ərazisindən keçən hissəsində “KİA” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı 1997-ci il təvəllüdlü Mirzəlizadə Vüsal Məhsim oğlu, 1984-cü il təvəllüdlü Ağaməmmədova Samirə Eldar qızı, 1989-cu il təvəllüdlü Qurbanzadə Dilqəm Bəhram oğlu və 1984-cü il təvəllüdlü Məmmədova Natəvan Akif qızı xəsarət alıblar. Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info