İspaniyada 4 ton həşiş ələ keçirilib

  • Müəllif: admin
  • 24 Dekabr 2017 19:42


İspaniya Mülki Qvardiyası narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində əməliyyat keçirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aparılan əməliyyat zamanı 15 nəfər saxlanılıb, 4 ton həşiş ələ keçirilib.

Cinayətkar qruplaşmanın Malaqada yerləşdiyi və narkotik vasitələrin Avropa ölkələrində satışını təşkil etdiyi açıqlanıb. Həşiş İspaniyaya Mərakeşdən gətirilir.

 

Gununsesi.info