İspaniyada peşəkar tennis yarışlarının manipulyasiyası ilə məşğul olan ermənilərdən ibarət cinayətkar dəstə tutulub.
“Gununsesi.org” “Evropol”a istinadən xəbər verir ki, ümumilikdə 83 nəfər tutulub. Onlardan 28-i peşəkar tennisçilərdir, şəxsiyyətləri açıqlanmır.
Tutulan idmançılar ABŞ-ın sonuncu Açıq Çempionatında iştirak ediblər.
11 evə baxış keçirilərkən 167 min avro pul, kredit kartları, tüfəng, bahalı avtomobillər, 50-dən çox bahalı elektron avadanlıq müsadirə edilib.