İspaniyada saxta “COVID pasportu” satan şəxslər saxlanılıb

  • By admin
  • 25 Yanvar 2022 20:12

İspaniyada saxta koronavirus vaksini barədə sertifikatlar (COVID pasportu) təqdim edən qruplaşmaya qarşı polis əməliyyatı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İspaniya Milli Polisi məlumat verib.

Əməliyyat nəticəsində yeddi nəfər saxlanılıb. Onlardan 6-sı paytaxt Madriddə, bir nəfəri Barselonada ələ keçirilib.

Qeyd olunur ki, həmin qruplaşma Avropanın bir neçə ölkəsində vətəndaşlara saxta sertifikatlar satıb.

Ümumilikdə, qrup üzvləri 1 600 nəfərin adını vaksin bazasına daxil edib.

Əməliyyat zamanı müəyyən edilib ki, qrup üzvləri saxta testi 50 avroya, iki və ya üç dozanın qeyd olunduğu vaksini 200-1000 avro arası qiymətə satıb.

 

 

Gununsesi.info