İsrailə məxsus pilotsuz uçuş aparatı Qərb Şəriyəyə düşüb

  • By admin
  • 18 İyul 2017 17:00

006

İsrail Ordusuna aid “Skylark” hərbi təyinatlı pilotsuz uçuş aparatı Qərb Şəriyə yaxınlığında yerə düşüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparatın yerə düşmə səbəbi hələlik məlum deyil.

Belə ki, hazırda hərbçilər hadisənin başvermə səbəblərini araşdırır.

Qeyd edək ki, bu, son bir ay ərzində 3-cü analoji hadisədir.

Xatırladaq ki, iyunun 29-da İsrail Ordusuna məxsus “Skylark” pilotsuz uçuş aparatı İordan çayının qərb sahilinə, ikincisi isə iyulun 4-də Qəzza zolağının cənubunda boş əraziyə düşüb.

Anar

Gununsesi.info