
İsrail işğal etdiyi Fələstin torpaqlarından öz məqsədləri üçün istifadə etməkdə davam edir.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İsrail hərbçiləri işğal edilmiş ərazilərə gələn turistlərə fələstinliləri öldürmək üçün təlimlər keçirlər.
Belə ki, təlim zamanı İsrail hərbçiləri turistlərin diqqətinə çatdırır ki, terrorçular öldürülməmişdən əvvəl “Allahu əkbər” kəlməsindən istifadə edirlər.
Təlimlər İsrailin işğalı altında olan Qərb Şəriyədə keçirilir. Keçirilən təlimlərin qarşılığında turistlər İsrail hərbçilərinə 100 dollar pul ödəyirlər.
Qeyd edək ki, bu günədək 25 mindən artıq turist bu təlimlərdə iştirak edib.





Anar
Gununsesi.info












