
İsrail bloger Aleksandr Lapşinin azad olunması ilə bağlı Azərbaycana hansısa formada təzyiq etməyib.
Gununsesi.info xəbər verir ki, bunu İsrail Knessetinin vitse-spikeri Tali Ploskov Ermənistana səfəri çərçivəsində İrəvanda bəyan edib.
“Mən onu deyə bilərəm ki, İsrail dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq çətinliklə üzləşən öz vətəndaşını müdafiə edib və bundan sonra da müdafiə edəcək. Odur ki, hər hansı ad çəkmədən mən çox şadam ki, Azərbaycan tərəfi belə bir qərar qəbul edib. Mən bu qərarı alqışlayıram”- deyə, İsrail parlamentinin vitse-spikeri T.Ploskov “novosti-armeniya”ya açıqlamasında deyib.
İsrailin Lapşinin azad olunması ilə bağlı Azərbaycana təzyiq edilməsinə gəldikdə isə İsrail parlamentinin vitse-spikeri birmənalı şəkildə bunu inkar edib: “Birmənalı formada deyirəm ki, belə təzyiq olmayıb. Bilirsiniz bizdə belə bir qayda var, əgər bir İsrail vətəndaşı haradasa çətinliklə üzləşibsə, istənilən halda dövlət onu üzləşdiyi çətinlikdən çəkib çıxarır”.
İsrailin Azərbaycana silah satışı ilə bağlı məsələsinə baxıb-baxmayacağı ilə bağlı sualı cavablandıra T.Ploskov deyib ki, mən burada İsrail dövlətini bir parlamentari kimi təmsil edirəm, daha bir hökumətin təmsilçici kimi yox. “Ona görə də mənim belə sualları cavablandırmaq səlahiyyətim yoxdur. Bircə onu deyə bilərəm ki, İsrail tərəfi ölkələriniz arasında sülhün bərqərar olmasını üçün bütün səylərini gösətərir”- deyə, vitse-spiker bəyan edib.
Mürtəza
Gununsesi.info











