
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail polisi Mescidi-Aksanın girişinə qoyulan metal detektorlarını (mina, silah və üst axtarış cihazı) götürüb.
Bu barədə məlumatı sosial şəbəkədəki hesabında Mescidi-Aksanın keçmiş müdiri Şeyx Naci Bekirat verib.
İsrail Təhlükəsizlik Təşkilatının dünən gecə saatlarına qədər davam edən iclasından sonra verilən yazılı açıqlamada da bu barədə qeyd olunub. Açıqlamada daha da inkişaf etmiş texnologiyalardan istifadə ediləcəyi və ibadət edənlərin təhlükəsizliyinin təmin olunacağı deyilib.
Qeyd edək ki, 14 iyul tarixində Mescidi-Aksada baş vermiş silahli insidentdə 3 fələstinli dünyasını dəyişmişdi.
Gununsesi.info