İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 37-yə çatıb, 1700 nəfər yaralanıb – YENİLƏNİB-2

  • By admin
  • 14 May 2018 16:39

 

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 37 nəfərə çatıb.

Gununsesi.info Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, qarşıdurma zamanı 1700 nəfər yaralanıb.

*** 15:35

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz edən fələstinlilərlə İsrail ordusu arasında baş verən toqquşmalarda 500-dən çox fələstinli yaralanıb, 16 nəfər ölüb.

Gununsesi.info Fələstin KİV-inə istinadən xəbər verir ki, bu barədə Qəzzə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, onlarla fələstinli güllə yarası alıb. Ümumilikdə isə, bu gün yaralananların sayı 512 nəfər olub.

***14:45

Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin “Geriqaytarma marşı” və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.

Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.

Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.

Gununsesi.info