İsrail ordusu Livana zərbələr endirib

  • By ilhame
  • 06 Yanvar 2024 22:55

İsrail Müdafiə Qüvvələri Livanın Tir şəhərinin cənub hissəsinə zərbələr endirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

 

Zərbələr “Hizbullah”ın HƏMAS qruplaşmasının siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Beyrutda öldürülməsinə cavab olaraq İsrailin şimalındakı hərbi bazaya 60-dan çox raket atmasından sonra qeydə alınıb.

 

Bundan əvvəl İsrail Livan, Qətər daxil olmaqla, Qəzza zolağından kənarda HƏMAS üzvlərini məhv etməyə çalışacaqlarına söz verib.

 

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı əməliyyata başlayıb.

 

Gununsesi.info