İsrail paytaxtının meriyasının binası Livan bayrağına büründü

  • By admin
  • 06 Avqust 2020 10:40

İsrailin paytaxtı Tel-Əviv şəhərinin meriyasının binası Livan bayrağının rəngləri ilə işıqlandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhərin meri Ron Xuldai “Twitter” hesabında məlumat verib.

R.Xuldai yazıb ki, insanlıq bütün münaqişələrin fövqündə durur və İsrail qonşu Livan xalqının dərdinə şərikdir.

Qeyd edək ki, iki gün əvvəl Beyrutda baş verən partlayış nəticəsində 137 nəfər həlak olub, beş mindən çox insan yaralanıb.

Partlayışa 2015-ci ildə gömrük orqanları tərəfindən müsadirə olunmuş, anbarda saxlanan 2,7 min ton ammonium-nitrat maddəsinin detonasiyası səbəb olub.

Gununsesi.info