İsrail prezidentindən daha bir ilk

  • By admin
  • 30 Yanvar 2022 10:33

İsrail Prezidenti İsxak Hersoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Mən özümlə bütün regiona sülh mesajı gətirirəm. Sülh özü ilə region xalqlarının rifahı naminə firavanlıq, tərəqqi və artım gətirir”,- prezident bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı əlaqələrin normallaşması 2020-ci ilin sentyabrında Vaşinqtonda ABŞ-ın fəal vasitəçiliyi ilə mümkün olub.

Gununsesi.info