
Tank hərbi hissələrində xidmət etmək üçün ilkin olaraq 13 qızdan ibarət bir heyət hazırlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat İsrail müdafiə nazirliyinin Twitter səhifəsində yer alıb.
Məlumatda bildirilir ki, qızlar tank hərbi hissələrində xidmət etmək üçün xüsusi proqramlar əsasında kurslar keçib. Hazırlıq keçən qızlar 4 ay müddətində ölkənin cənub sərhədlərində xidmət keçəcək. Gələcəkdə qızların hərbi xidmətdə sayı artırılacaq.
İsrail müdafiə nazirliyi qızların hərbi xidmət keçməsini məqsədyönlü şəkildə Silahlı Qüvələrin müxtəlif qoşun növlərində gender bərabərliyi proqramı çərivəsində həyata keçirir.
İsrail müdafiə nazirliyinin bu qərarına din xadimləri və bəzi ordu nümayəndələri etiraz edib. Onlar qızların tank hərbi qoşun növlərində xidmət keçməsini uyğun hesab etmirlər.


Gununsesi.info












