İsrail səfiri 20 Yanvarla bağlı paylaşım etdi

  • By admin
  • 20 Yanvar 2021 17:42

İsrailin Azərbaycandakı səfiri Corc Dik 20 Yanvarla bağlı paylaşım edib.

 

Səfir özünün “Twitter” səhifəsində bu gün İsrail dövləti adından Şəhidlər xiyabanını ziyarət etdiyini yazıb.

O bildirib ki, havanın soyuq olmasına baxmayaraq, bir çox azərbaycanlının – kişilərin, qadınların, uşaqların – Qara Yanvar qurbanlarını yad etməsi ilhamvericidir.

Diplomat bunu millətin birlik və hörmət ruhu kimi xarakterizə edib.

O, 20 Yanvar qurbanlarına hörmət əlaməti olaraq İsrailin Azərbaycanın yanında olduğunu da vurğulayıb.

Gununsesi.org