
İsrail Hava-Hücum Qüvvələri Suriyanın hərbi obyektlərinə zərbə endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Suriya ordu komandanlığının yaydığı məlumatda deyilir ki, bu gün gecə yerli vaxtla 2.40-da İsrail Hərbi-Hava Qüvvələri Livan tərəfdən Dəməşqin Əl-Kuteyfa rayonunu raket atəşinə tutub.
Suriyaya məxsus Hava-Hücumundan Müdafiə sistemi atılan raketlərdən birini məhv edib. Digər raketlər isə Suriyaya məxsus hərbi obyektin yaxınlığına düşüb. Atılan raketlər ciddi dağıntılara yol açıb.
Gununsesi.info












