“İsrailin Azərbaycana silah satması məsələsi…” - SƏFİR

  • By admin
  • 10 Aprel 2017 11:28
aliyaxa
İsrailin Azərbaycana silah satması məsələsi mənim İrəvanda keçirilən görüşlərimdə qaldırılıb və bu məsələ növbəti görüşlərdə də qaldırlacaq, ətrafında məsləhətləşmələr aparılacaq.
 Gununsesi.info xəbər verir ki, bunu  İsrailin Ermənistana yeni təyin olunmuş səfiri Eliyaxa Eruşalim “news.am”-a müsahibəsində deyib.
 İsralinin Azərbaycan silah satışına gədlikdə isə səfir deyib ki, Təl-Əviv  bu məsələni şərh etmək istəmir.
 Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə səfir bildirib ki,  İsrail bölgədə sülh istəyir: 
“Biz sülh istəyirik və bizim siyasətimizin hədəfi ondan ibarətdir ki,  sülh  Minsk prosesinə  əsaslanaraq iki ölkə  və xalqın xoş gələcəyi naminə həllini tapsın. Ən əsası odur ki, bölgədə sülh bərqərar olsun və o zaman Ermənistan  sülh şəraitində yaşaya bilər”.
 Uydurma erməni soyqrımı ilə bağlı mövqeyini dilə gətirən diplomat deyib ki,  İsrail bu məsələ ilə bağlı konkret  mövqe ortaya qoya bilməz.
“Çünki bu  tarixi problem sizinlə Türkiyə arasında olan məsələdir. Biz o qərarı qəbul edə bilərik ki, hansı ki, o, qərarı siz və Türkiyə qəbul edib. Bu məsələ də eyni ilə Qarabağ məsələsi kimidir. Qarabağ məsələsində də Azərbaycan və siz hansı qərarı əbul edəcəksiznizsə, biz də ona hörmətlə yanaşacağıq”- deyə, israilli diplomat vurğulayıb.
Mürtəza
Gununsesi.info