İsrailin Baş naziri: “Koronavirusa yenən ilk ölkə olacağıq”

  • By admin
  • 09 Yanvar 2021 15:10

Martın sonuna qədər 16 yaşdan yuxarı bütün israillilər koronavirus əleyhinə peyvənd olunacaq.

 

Gununsesi.org xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.

“Koronavirusa qalib gələn ilk ölkə biz olacağıq”,-deyə Netanyahu açıqlamasında bildirib.

İsrail Baş naziri “Pfizer” ilə əldə edilən razılaşmanın İsraili koronavirus pandemiyasına qalib gələn nümunəvi ölkəyə çevirəcəyini bildirib. Netanyahu qeyd edib ki, İsrail virusa qarşı mübarizə strategiyalarının hazırlanmasına kömək etmək üçün Pfizer və dünya ictimaiyyəti ilə statistik məlumatları paylaşacaq.

Qeyd edək ki, İsraildə hazırda 1,5 milyondan çox insan koronavirusa qarşı peyvənd olunub.

Gununsesi.org