İstədiyi dərmanı aptekdə tapa bilmədiyi üçün əczaçının qulağını kəsdi

  • By admin
  • 01 İyul 2018 13:10


Aptekdə əczaçının qulaxını kəsiblər. Hadisə Türkiyənin Mersin şəhərində baş verib. İstədiyi dərmanı aptekdən ala bilməyən şəxs əczaçının qulağını kəsib.

Gununsesi.info Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu əməli törədən şəxsin suriyalı olduğu və ona eyni tərkibdə başqa dərman təklif edən aptekdəki satıcı Kamaloğlu ilə mübahisə etdiyi deyilib.

Apteki tərk edən şəxs bir müddət sonra bir neçə həmyerlisi ilə birlikdə aptekə daxil olub. Onlar daha sonra işçilərə daş və dəyənəklərlə, soyuq silahlarla hücum çəkiblər. Yaralanan 4 əczaçı Tarsus Dövlət Xəstəxanasına çatdırılıb. Qulağı kəsilən aptek işçisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.

Gununsesi.info