
Xəbər verdiyimiz kimi, bu gün ADA Universitetində məzun günü keçirilib.
Gununsesi.info xəbər verir ki, Prezident İlham əliyev müəllim-professor heyəti və tələbələr qarşısında çıxış edib.
İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır, heç bir xarici maliyyə institutundan, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır:
Əsas vəzifənin ölkəmizin uzunmüddətli dayanıqlı inkişafının təmin edilməsini olduğunu bildirən prezident sözlərinə əlavə edib ki, bu isə gənclərdən asılıdır:
“Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər”.












