İstanbulda ƏMƏLİYYAT  - 51 terrorçu saxlanıldı  

  • By admin
  • 25 May 2018 17:34
İstanbul polisi daha bir xüsusi əməliyyat keçirib. Gununsesi.info Modern.az-a istinadən məlumatına görə, əməliyyatlar İstanbulun 16 rayonunda keçirilib.

Məlumata görə, əməliyyat nəticəsində İŞİD terror təşkilatının 51 üzvü saxlanılıb.

 Saxlananlar arasında xarici vətəndaşların da olduğu deyilir.

Xatırladaq ki, İstanbulda mayın 15-də İŞİD-in 54, aprelin 28-də 41 üzvü saxlanılmışdı.