İstanbulda 125 polis əməkdaşı saxlanılıb

  • By admin
  • 11 Oktyabr 2016 10:53

polis

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fetullahçı Terror Təşkilatı (FETÖ) hərəkatına qarşı əməliyyatlar davam edir.

Gununsesi.info “Axşam” qəzetinə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil cinayətlər Bürosunun təlimatı üzrə İstanbul polis idarəsində çalışan 30 komissar köməkçisi və 125 polis əməkdaşı saxlanılıb.
Məlumata görə, onlar “ByLock” proqramıdan istifadə etdikləri iddiası ilə saxlanılıblar.
Hazırda əməliyyat çərçivəsində axtarışlar davam etdirilir.

Anar
Gununsesi.info