İstanbulda hamilə jurnalist döyüldü: "Niyə açıq geyinmisən?"

  • By admin
  • 03 Avqust 2016 15:51

 doyu

 

Türkiyədəki “Evrensel” qəzetinin məsul katibi Hazal Ölmez dünən evə gedərkən bir qrup şəxsin hücumuna məruz qalıb.

Gununsesi.info bildirir ki, qışqıraraq “Niyə açıq geyinmisən?! Çevrilişçisən, qiyamçısan, Fəthullah Gülen tərəfdarısan” deyən şəxslər qadını vuraraq yerə yıxıblar. Hücum edənlərin ikisi qadın, üçü kişi olub.

Hamilə qadını təpikləyən bu adamlar qışqırırdılar: “Məhəllədə sənin kimi daha dörd nəfər var. Növbə onlara da çatacaq”.

Hamiləliyin 6-cı ayında olan H.Ölmezin dediyinə görə, bu hücum əvvəlcədən planlaşdırılıb.

“Axşam saatlarında işdən çıxanda marketə getdim. Oğluma şirniyyat aldım, sonra evə yollandım. Qəflətən kimsə saçımı dartdı. Geri dönəndə çarşablı bir qadını gördüm. “Nə olub, niyə saçımı dartırsan” soruşanda başqa qadın məni vurmağa başladı. Daha sonra onlara üç kişi qoşuldu və məni döyməyə başladılar”, – jurnalist söyləyib.

Hazal Ölmez döyülərkən yoldan keçənlərdən kimsə ona yardım etməyib. Əksinə, saqqallı bir kişi “Allah bilir nə etdin ki, səni belə cəzalandırırlar” söyləyib.

Qadını təpikləyib “doyan”dan sonra hücum edənlər arasındakı kişi H.Blmezə söyləyib: “Bundan sonra belə geyinməyəcəsən. Biz istədiyimiz kimi geyinəcəksən, bizə itaət edəcəksən”.

Sonucda “Allahu Əkbər!” qışqıran dəstə olay yerindən uzaqlaşıb.

Taksi tutaraq klinikaya yollanan H.Ölmezin ayaq bilək sümüyünün zədələndiyi təsbitlənib.

Polisə şikayətilənən H.Ölmezin dediyinə görə, bətnindəki övladının zərər görməməsinə sevinir.

 

Gununsesi.info