İstanbulda partlayış: - Ölən və yaralananlar var (FOTO+VİDEO)

  • Müəllif: admin
  • 02 Dekabr 2016 15:50

qsm
Türkiyədə maye yanacaq tankerinin partlaması ölümlə nəticələnib.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, hadisə İstanbul Böyükçəkməcə ərazisində tankerin təmiri zamanı baş verib. Partlayış zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis, təcili tibbi yardım və yanğınsöndürən briqadaları cəlb edilib.
Məlmata görə, ölənlərin Suriya vətəndaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info