İstanbulda terror: 10 avtomobil yandırıldı

  • By admin
  • 14 İyun 2016 15:20

hhhh

 

Türkiyədə yenə terror hadisəsi baş verib. Gununsesi.info Türkiyə mətbuatına istinadən bildirir ki, terror İstanbulun Akşemsettin məhəlləsindəki parkda baş verib. Terrorçilar 10 avtomobili yandırıblar. Rəsmi məlumata görə, avtomobillərin hamısına ciddi ziyan dəyib. Cinayət hadisəsində üzü bağlı 5 terrorçunun iştirak etdiyi bildirilir. Xatırladaq ki, iki ay əvvəl İstanbul polisi PKK mənsublarından ibarət avtomobil yandıran terrorçu qrupu həbs edib.

Gülnaz Qənbərli