İstanbulda zəlzələ baş verib

  • By admin
  • 15 Oktyabr 2016 13:22

zelzele-tezxeber_1391596560
Türkiyənin İstanbul şəhərində və ona yaxın əyalətlərdə Rixter Şkalası ilə 4,8 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən verdiyi xəbər görə, bu barədə xəbər Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ idarəsinin internet saytında yer alıb. Zəlzələ yerin 11.4 km dərinliyində baş verib.
İstanbulda baş verən zəlzələ Bolqarıstanda da hiss edilib.
ABŞ Geoloji Araşdırma təşkilatı isə İstanbulda baş verən zəlzələnin Rixter Şkalası ilə 5.6 bal gücündə olduğunu bildirib.

Anar
Gununsesi.info