İstefaya gedən qubernator spiker olacaq

  • Müəllif: admin
  • 09 Aprel 2018 11:34

“Qış albalısı” ticarət mərkəzində 64 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə istefa verən Kemerovo vilayətini qubernatoru aman Tuleyev yeni vəzifəyə seçilir.

Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, Aman Tuleyev Kemerovo Xalq deputatları sovetinin sədri seçiləcək. Bu məqsədlə Kemerovo vilayəti Xalq deputatları sovetinin sədri Aleksey Siniçın təcili istefa verməli olub. Onun spikerlikdən istefa verməsinin səbəbi isə sabiq qubernator Aman Tuleyevin bu vəzifəyə rəqabətsiz və heç bir maneə olmadan seçkisinə şərait yaratmaq olub. Vilayət qanunverici orqanın spikeri Siniçın məsələyə aydınlıq gətirib ki,  2013-cü ildə  keçirilən seçkilərdə Tuleyev  “Yedinoy Rossiya” nın siyahısına rəhbərlik edib  və onun nəticəsində  partiya  seçkilərdə 86 faizdən artıq səs toplayaraq  birmənalı olaraq qələbəni təmin edib: “Ona görə də onun bu komandanın başında durmasına  haqqı çatan liderdir”.

Aprelin 10 da Kemerovo vilayət Xalq deputatları sovetinin növbədənkənar iclası keçiriləcək və orada  spiker Aleksey Siniçının  istefasına münasibət bildirəcəklər. Hansı ki, A. Siniçın 2016-cı ilin oktyabrından bu vəzifəni tutur.

Qeyd edək ki,  Aman Tuleyev “Qış albaısı” ticarətə mərkəzində  64 nəfərin ölümü ilə nəticələn yanğına görə qubernator vəzifəsindən istefa verib. Ölən 64 nəfərin 41-i uşaq olub. İstefa verən qubernatora  vilayətin qanunverici orqanının spikeri vəzifəsi  təklif olunub.

Gununsesi.info