İstintaq Komitəsinin polkovniki öldürüldü

  • By admin
  • 01 Oktyabr 2019 15:52

Rusiya İstintaq Komitəsinin müstəntiqi, polkovnik Vladislav Kapustin qurumun Moskvadakı binasında bıçaqlı hücuma məruz qalıb.

Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident polkovnik şikayətə gələn vətəndaşları qəbul edən zaman baş verib. Belə ki, Sankt-Peterburq şəhər sakini, 39 yaşlı Sergey Qriqoryev arxadan Kapustinə hücum edərək bıçaqla zərbə endirib.

Xəstəxanaya yerləşdirilən polkovnikin həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org