İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

  • By admin
  • 04 Aprel 2018 19:34


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Allahyarov Samir Rafiq oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhər sakini Abbasov Ramin Asıf oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info