İsveçdə Azərbaycan əleyhinə aksiya keçirən ermənilərin səsləri belə batırıldı - VİDEO

  • By admin
  • 25 Sentyabr 2022 12:10

İsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına dəstək aksiyası bəstəkar Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqisi ilə qarşılanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Norveçdəki səfiri Zaur Əhmədov tviter hesabında paylaşım edib.

Azərbaycan əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri “Cəngi” musiqisi ilə batırılıb. Beləliklə aksiya uğursuz başa çatıb.

Gununsesi.info