İsveçdə mühacir həyatı yaşayan erməni Bakıya gəldi -HAVA LİMANİNDA DTX ƏMƏKDAŞLARI İLƏ QARŞILAŞDI

  • By admin
  • 10 Oktyabr 2016 15:31

ermeni

Vahe Avetyan: “Bilet alıb Bakıya gələn ilk erməniyəm”

Erməni siyasi fəal, hazırda İsveçdə mühacirətdə yaşayan, hazırki Ermənistan hakimiyyətinə müxalif olan Vahe Avetyan Azərbaycana gəlib. Gununsesi.info Meydan TV-yə istinadən bildirir ki, onu aeroportda Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıb. Aeroportda Heydər Əliyev adına Beynəlxalq Hava limanında saxlanan Vahe Avetyan facebook profilində hadisə ilə bağlı açıqlama verib: “Bu, sülhün başlanğıcıdır. Bilet alıb Bakıya gələn ilk erməniyəm. 25 ildir bu ölkəyə dəvətsiz, hökumətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür”.

DTX nümayəndələrinə səfərin səbəbini izah edən V. Avetyan geri göndəriləcəyini güman edir. Vahe Avetyan DTX əməkdaşlarının onu kofe ve tosta qonaq etdiyini də yazıb:”Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardır”.