İsveçin eks-Baş Nazirini öldürən şəxsin kimliyi 34 il sonra məlum oldu

  • By admin
  • 10 İyun 2020 15:53

34 il əvvəl sui-qəsd nəticəsində qətlə yetirilən İsveçin keçmiş Baş Naziri Olaf Palmenin qətl şübhəlisi müəyyənləşdirilib.

Gununsesi.org İsveç mətbuatına istinadən xəbər verir ki, Palmenin sui-qəsdi üzrə istintaqa rəhbərlik edən Baş prokuror Krister Petersson mətbuata açıqlamasında şübhəlinin 2000-ci ildə vəfat etmiş Stiq Engström olduğunu açıqlayıb.

Petersson həmin şəxsin dindirilmək imkanı olmadığı üçün cinayət işini bağlamalı olduqlarını bildirib.

Qeyd edək ki, O. Palme 28 fevral 1986-cı il tarixində kinoteatrdan çıxarkən sui-qəsd hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı onunla birlikdə olan xanımı Lisbet Palme də yaralanıb.

 

 

 

Gununsesi.org