İsveçrə də Avropa Birliyinə “əlvida” deyir…

  • By admin
  • 03 Avqust 2016 14:31
abe
Böyük Britaniyanın ardınca İsveçrə də Avropa Birliyinə “əlvida” deyib.
Belə ki, İsveçrə rəsmi şəkildə Avropa Birliyinə (AB) üzvlüklə bağlı verdiyi ərizəni geri götürüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İsveçrə xarici işlər naziri Didye Burkxalter deyib.Nazir deyib ki, artıq İsveçrə Avropa Birliyinə daxil olmaq niyyətindən vaz keçib və bu qruruma üzv olmaq istəmir: “Biz artıq bununla bağlı Avropa Birliyini də xəbərdar etmişik. Biz bunun əvəzinə Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istəyirik”.
Qeyd edək ki, İsveçrə 1992-ci ildə Avropa Birliyinə üzvlüklə bağlı ərizə verib. Bir müddət öncə isə ölkə parlamenti ölkənin AB-yə üzvlük məsələsinin dayandırılması haqqında qərar qəbul edib.
Gununsesi.info