İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır

  • Müəllif: admin
  • 21 Oktyabr 2019 13:48

İsveçrənin “Hyposwiss Private Bank Geneva SA” şirkəti Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırır.

Gununsesi.org xəbər verir ki, bu barədə İsveçrə-Azərbaycan biznes forumunda şirkətin icraçı direktoru Aleksey Strunilin deyib.

O bildirib ki, sözügedən bank 1899-cu ildə İsveçrədə təsis edilib: “Bu Bank Şərqi Avropada və Qafqaz regionunda geniş fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırmaqdır”.

O əlavə edib ki, şirkət öz müştərilərinə maliyyə xidmətləri, hüquqi məsləhət və kapital menecmenti sahəsində yardım göstərir.

 

Gununsesi.org