İtaliyada daha bir oyun koronavirusa görə təxirə salındı

  • By admin
  • 22 Fevral 2020 20:07

İtaliya “B” Seriyasında “Askoli” – “Kremoneze” matçı koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Gununsesiaz.info-nun məlumatına görə, yeni xəstəliyin əlamətləri Lombardiya bölgəsində üzə çıxıb.

Bölgədə təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən görüşün başqa vaxt təşkil olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, İtaliyada həvəskar liqada çıxış edən 38 yaşlı futbolçuya koronavirus diaqnozu qoyulub.

 

 

Gununsesiaz.info