İtaliyada mafiyaya qarşı əməliyyat - 25 NƏFƏR SAXLANDI

  • Müəllif: admin
  • 04 Aprel 2018 13:54

İtaliyanın Bari şəhərində yerli polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 25 nəfər saxlanılıb.

Gununsesi.info xəbər verir ki, əməliyyat iki klana qarşı keçirilib.

Saxlanılan şəxslər narkotik vasitələrin ticarətində, qanunsuz silah saxlamaqda ittiham olunub.

Bundan başqa, onlara qarşı rəqib klan mənsublarının qətlinə təşəbbüs ittihamları irəli sürülüb.

Gununsesi.info