İtaliyada son sutkada koronavirusdan 525 nəfər ölüb

  • By admin
  • 05 Aprel 2020 21:14

İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 525 nəfər ölüb, 4 316 nəfərdə isə yoluxma qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu  barədə İtaliya Mülki Müdafiə Departamentinin hesabatında bildirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 128948-ə, virusdan ölənlərin sayı isə 15887-yə çatıb.

 

 

 

Gununsesi.org