İtaliyada sutka ərzində 1 700 nəfərdən çox insan koronavirusa yoluxub

  • By admin
  • 04 Sentyabr 2020 20:15

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 700 nəfəri keçib.

Gununsesi.info-nun İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sutka ərzində 113 min nəfər testdən keçib, virusa yoluxanların sayı isə 1 733 olub. Bu, mayın 2-dən etibarən sutkalıq artım üzrə rekord göstərici hesab olunur.

İtaliyada son bir gün ərzində koronavirus infeksiyasından 11 nəfər ölüb.

 

 

Gununsesi.info