İtaliyalı mütəxəssislər: “İqlim şəraiti koronavirusa təsir göstərmir”

  • Müəllif: admin
  • 26 Mart 2020 11:48

İtaliyalı həkimlər iqlim şəraitinin koronavirusun yayılmasına təsir göstərmədiyini açıqlayıblar.

Gununsesi.org bildirir ki, bu barədə “Il Giornale” nəşri məlumat yayıb.

Virusoloq Roberto Burioninin sözlərinə görə, havanın istiləşməsi ilə bütün respirator xəstəliklər daha az ötürülür və havaya düşən tüpürcək hissəcikləri daha sürətlə buxarlanır, lakin bunun mövcud vəziyyətə təsir göstərməsi çətindir.

Ekspertin fikrincə, koronavirusla mübarizədə yalnız məhdudlaşdırıcı tədbirlər effekt verir.

Gununsesi.org